Bu gün dünyada 3 milyarddan çox insan qlobal istiləşmədən əziyyət çəkir.
"Al-Arabiya” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Vanessa Kerri Dubayda keçirilən BMT-nin iqlim konfransında (COP28) deyib.
Onun sözlərinə görə, bir çox insanlar iqlim dəyişikliklərinin gözlənilməz nəticələri ilə üz-üzədir.
O qeyd edib ki, bu, qalıq yanacaqların istifadəsi ilə birbaşa bağlıdır. Mütəxəssis vəziyyətdən çıxış yolunu qalıq yanacaq istehsalından imtina etməkdə görür.
"Sadəcə istixana qazı emissiyalarını azaltmaq cavab deyil”, - Kerri xəbərdarlıq edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !