"3+3" platforması iclası oktyabrın 18-də baş tutacaq - Nazir

16:12 | 15.10.2024

"3+3" platforması iclası oktyabrın 18-də baş tutacaq - Nazir

Cənubi Qafqaz üzrə 3+3 platforması iclası oktyabrın 18-də Ankarada keçiriləcək. Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan məlumat verib. 
 
Nazir ümid edir ki, iclasda Rusiya, Azərbaycan, Ermənistan və İran xarici işlər nazirləri iştirak edəcək.  
 
 
2021-ci il dekabrın 10-da Moskvada 3+3 Məşvərətçi Regional Platformasının ilk iclası keçirilib. İclasa Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin müavinləri, eləcə də İran Xarici İşlər Nazirliyinin baş direktoru Əlirza Hagiqyan həmsədrlik edib. 

Gürcüstanın da dəvət olunmuş nümayəndələri görüşdə iştirakdan çəkiniblər. Altıtərəfli əməkdaşlıq formatı - Rusiya, İran, Türkiyə və Cənubi Qafqaz ölkələri Ermənistan, Azərbaycan, Gürcüstan - daha əvvəl Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb.

İran bu ideyanı alqışlayıb və regionda sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlara töhfə verməyə hazır olduğunu bəyan edib.
 
Gülnar 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM