Azərbaycanda 34 276 nəfər minimum pensiya alır

16:42 | 17.05.2024
Azərbaycanda 34 276 nəfər minimum pensiya alır

Azərbaycanda 34 276 nəfər minimum pensiya alır

2024-cü il yanvarın 1-nə Azərbaycanda minimum məbləğdə pensiya alanların sayı 34 min 276 nəfərdir. Bu barədə anews.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.
 
Qeyd edilib ki, minimum pensiya alanların 7 min 109-u qadındır.
 
Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamla  2023-cü il yanvarın 1-dən etibarən minimum əməkhaqqı 15 % artırılaraq 300 manatdan 345 manata, minimum pensiya 40 manat artımla 240 manatdan 280 manata çatdırılıb.

Dövlət Statistika Komitəsinin son hesabatına görə, Azərbaycanda 1 milyon 97 min 300 pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.
 
Onların 64,2 %-i  yaşa, 23,5  %-i  əlilliyə, 12,3  %-i  isə ailə başçısını itirməyə görə pensiya alır.
 
Təyin olunmuş pensiyaların orta aylıq məbləği 490,7 manatdır.
 

Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb