36 yaşlı idmançımız yenidən dünya çempionu oldu

21:00 | 10.11.2019
36 yaşlı idmançımız yenidən dünya çempionu oldu

36 yaşlı idmançımız yenidən dünya çempionu oldu

İdmançımız yenidən dünya çempionu olub.
 
Azmedia.az xəbər verir ki, şərq döyüş növləri üzrə dəfələrlə dünya və avropa çempionu olmuş Anar Süleymanov noyabr ayının 1 - 4 aralığında İtaliyanın Karara şəhərində WTKA təşkilatının təşkil etdiyi çox növçülük üzrə dünya çempionatında, Kung Fu Fighting versiyası üzrə 70 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq himnimizi səsləndirib.
 
A.Suleymanov müsahibəsində qeyd edib ki: "Mən bu yarışa ciddi hazırlaşsam da, döyüş qaydalarında edilən müəyyən dəyişikliklər mənə çətinlik yaratdı ,amma öhdəsindən gəlməyi bacardım".

Qeyd edək ki, Süleymanov hazırda Azərbaycan Kung Fu Federasiyasının qızlardan ibarət yığma komandanın baş məşqçisidir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM