374 qurumuş ağac kəsiləcək

15:00 | 11.03.2017
374 qurumuş ağac kəsiləcək

374 qurumuş ağac kəsiləcək

Şimal bölgəsində magistral yolların kənarlarında yerləşən qurumuş və yol hərəkətinə maneə yaradan ağaclar kəsiləcək.
 
APA-nın şimal bürosunun məlumatına görə, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertiza idarəsi tərəfindən müvafiq rəy verilib. Bu tip ağaclar artıq nömrələnib.
 
Bakı-Quba yolunun Şabran və Quba rayonları ərazisinə düşən hissəsində qurumuş və budanma üçün 402 ağac müəyyənləşdirilib. Bu ağaclardan 140-ı quruduğuna görə kəsiləcək, qalanlarında isə müvafiq budama işləri aparılacaq. Gəndob-Yalama yolunda isə 59 ağacın kəsilməsi, 261 ağacda budama işlərinin aparılması nəzərdə tutulub.
 
Quba-Xaçmaz yolunda 382 ağacdan 156-sı tam quruduğuna görə kəsiləcək, yerdə qalanlarında budama aparılacaq. Quba-Qəçrəş yolunda 20 ağacda budama, Quba-Qusar yolunda isə 22 ağacda budama işləri aparılacaq. Quba-Qusar yolunda 19 ağacın tam quruduğuna görə kəsilməsi barədə rəy verilib.
 
Yaxın günlərdə həmin ağacların kəsilməsi prosesinə start veriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti