• $
  • €
  • ₽
  • ₺
  • £

Əsa kapitalın 39,6% sənayəyə ayrılıb - DSK

Əsa kapitalın 39,6% sənayəyə ayrılıb - DSK
17.11.2023 18:15
2023-cü ilin on ayında əsas kapitala qoyulan vəsaitin 39,6% sənayeyə yönəlib. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. 
 
"27,7% nəqliyyat və anbar təsərrüfatı, 21,4% tikinti, 3,2% kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1% informasiya və rabitə, 1,7% dövlət idarəetməsi və müdafiə, 1,2% maliyyə və sığorta fəaliyyəti, 0,8% ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,7% təhsil, 0,5% turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər birində 0,4% olmaqla inzibati və yardımçı xidmətlərin göstərilməsi, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,2% digər sahələrdə xidmətlərin göstərilməsi, 0,1% peşə,elmi və texniki fəaliyyət sahələrinə sərf edilib", - məlumatda deyilir. 
 
İqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial hesabında yazıb ki, cari ilin doqquz ayında Azərbaycana investisiya qoyuluşu 12 milyard 728,9 milyon manat olub ki, bu da ötən ili eyni dövrü ilə müqayisədə 27,4% çoxdur.
 
Dövlət Statistika Komitəsinin səkkiz ayında  ölkə üzrə yatırılan investisiyaların həcminin 15,4% artdığını açıqlayıb. 
 
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 46,1 %, büdcə vəsaitləri 39,3 %, əhalinin şəxsi vəsaitləri 6,5 %, bank kreditləri 2,8 %, sair vəsaitlər isə 5,3 % təşkil edib.
 
2023-cü ilin altı ayında Qarabağ və Şərqi Zəngəzura 1 milyard 788 milyon 932,9 min manat investisiya qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 66,2% çoxdur.
 
2022-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarının artımı 5,5% təşkil edib.
 
Gülnar Nazimqızı 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol