4 il susuz yaşaya bilən balıq növü

21:06 | 02.12.2013
4 il susuz yaşaya bilən balıq növü

4 il susuz yaşaya bilən balıq növü

Afrikada yaşayan ağciyər adlı balıq 4 il susuz yaşaya bilir.

ANN.Az-ın verdiyi xəbərə görə, "BBC"də yayımlanan bir verilişdə Afrikada yaşayan ağciyər balıqlarından bəhs edilib. Bu balığın qeyri-adi xüsusiyyəti bundan ibarətdir ki, o,| 4 il susuz yaşaya bilir. 

Quraqlıq mövsümlərində sular çəkilməyə başlayanda ağciyər balıqlarının hər biri palçığın içində tunel qazaraq onun içində yaşamağa başlayırlar. Onlar tunelin üzərində havanın daxil olması üçün balaca deşik açırlar. Balıq palçıqlı yuvasının içinə selik ifraz edir və bunun sayəsində dərisinin qurumasının qarşısını alır. Balıq yuvasında dərin yuxuya dalır və bədəninin funksiyalarını yavaşlatır. Lazım olan oksigeni isə tunelin üzərindəki deşikdən almaqda davam edir. 

Bu qərivə balıqlar yaz boyu özlərinə lazım olan enerjini əldə etmək üçün vücudlarının yarısını əridirlər. Onların bu cür yaşaması yağış mövsümünün gəlib, çayların canlanmasına qədər davam edir. Ağciyər balıqlarının bədənlərini əridərək özlərini enerji ilə təmin etməsi nəticəsində bir mövsüm ərzində onların bədənində 3 santimetrlik qısalma olur. Quraqlıq mövsümü daha çox davam edəndə isə, ağciyər balıqları bədənlərini yarıya qədər qısalda bilirlər. Afrikada yaşayan ağciyər balıqları 4 il ərzində susuz yaşamağa qabildirlər. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM