4 min azərbaycanlıdan xəbər yoxdu

10:20 | 06.10.2014
4 min azərbaycanlıdan xəbər yoxdu

4 min azərbaycanlıdan xəbər yoxdu

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaranmış hazırkı durğun vəziyyət regionda sülh və sabitik üçün çox təhlükəlidir". ANN.Az xəbər verir ki, bu barədə  ATƏT Parlament Assambleyasının Cenevrədə keçirilən payız sessiyasında çıxış edən Milli Məclisin deputatı Azay Quliyev deyib. Azay Quliyev deyib ki, Ermənistan ordusunun işğal olunmuş torpaqlardan çıxarılması və Azərbaycan əhalisinin öz evlərinə geri qayıtmaları bu münaqişənin həlli üçün irəliyə addım olar. Bu, həmçinin Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında etimad mühitinin yaranmasına kömək edəcək.Bu isə özlüyündə davamlı sülhyaratma istiqamətində çox önəmli amildir. Hazırda dörd mindən artıq azərbaycanlı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində əsir götürülüb və itkin düşüb. Onların 600-ə yaxını qadınlar və yaşlılardır.A.Quliyev bildirib ki, təhlükəsizliyimizə olan təhdidlər bizi bir-birimizdən ayırmamalıdır, əksinə bunlar bizi əvvəl olduğundan daha çox birləşdirməlidir. Biz resurslarımız və güclü qətiyyətimizlə bütün problemlərin səmərəli həllinə nail ola, ATƏT ərazisində sülh və təhlükəsizliyi təmin edə bilərik.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM