4 qadından 5 uşaq atası olan Əli Ağaoğlu milyonları necə qazandı? - VİDEO+FOTO

14:36 | 20.12.2013
4 qadından 5 uşaq atası olan Əli Ağaoğlu milyonları necə qazandı? - VİDEO+FOTO

4 qadından 5 uşaq atası olan Əli Ağaoğlu milyonları necə qazandı? - VİDEO+FOTO

“Tarix xəyal quranları deyil, onu reallaşdıranları yazar”Türkiyənin ən varlı 10 adamından biri, inşaat mogikanı, sevgi macəraları, avtomobil hobbisi və “Yapdım, olacaq” devizli reklam çarxları il tanınan Əli Ağaoğlu son günlər rüşvət qalmaqalı və həbs xəbəri ilə gündəmdədir. “Forbes”in 2013-cü il mart ayında açıqladığı rəsmi məlumatlara əsasən 2,7 milyard dollar sərvət sahibi olan Ağaoğlu indi bu sərvəti necə qazandığının hesabını verir...Publika.Az 25-dən çox şirkətin yer aldığı Ağaoğlu Şirkətlər Qrupunun prezidenti Əli İbrahim Ağaoğlunun milyonlara gedən 38 illik yolunu təqdim edir:Ali təhsilsiz milyonçuƏli Ağaoğlu 1954-cü il martın 3-də Trabzonun Of rayonunda dünyaya gəlib. Atası Mithat Ağaoğlu paytaxt İstanbulda inşaat sektorunun tanınan simalarından idi. Atasının təsiri və tələbi ilə məktəbdə oxuyan Əli, təhsili ilə yanaşı hələ yeniyetməlik illərindən inşaat işi ilə məşğul olub, tikinti obyektlərinə nəzarət edib. 1975-ci ildə atasının səhhətində yaranan ciddi problemlərdən sonra 11-ci sinifdə təhsil alan Ağaoğlu atasının istəyi ilə məktəbi yarımçıq qoyub, ailə biznesinin başına keçib. 2 il ərzində, az yaşına və təcrübəsinə baxmayaraq atasının qurduğu şirkəti məharətlə idarə edib.Atalar və oğullarSərt və mühafizəkar xarakterə malik atası ilə yaşadığı çəkişmələr və fikir ayrılıqlarından sonra, 1977-ci ildə ailəsinin yanından ayrılıb, İstanbula gəlib. İllər öncə, 1946-cı ildə Ofdan İstanbula gəlib hər şeyi sıfırdan başlayan atası kimi, Əli Ağaoğlu qısa müddət ərzində Türkiyənin inşaat, turizm və xidmət sektorunun parlaq simalarından birinə çevrilib. Bu günə qədər qazandığı bütün uğurlarına və dəyəri milyard dollarlarla ölçülən sərvətinə görə atasına, atasının ona aşıladığı məsuliyyət və dəqiqlik prinsiplərinə borclu olduğunu deyir.“Ən böyük idealım atamdır. İşləmək əzmini, sağlam rəqabəti və riskə getməyi ondan öyrənmişəm. Atamın “pulu başının üstünə qoysan, səni alçaldar, amma pulu ayağının altına qoysan, səni ucaldar” sözü mənim həyat fəlsəfəmə çevrilib...”İnşaat mogikanı80-ci illər Türkiyənin inşaat sektorunda böyük canlanma var idi. Hündür mərtəbəli binalar, dəbdəbəli yaşayış kompleksləri yeni-yeni dəbə minirdi. 1981-ci ildə bu tip yaşayış komplekslərinin tikintisinə start verən Ağaoğlu şirkəti xüsusən 1990-cı illərdə başladığı “My World”, “My Towerland”, “Eltes Gold Residence”, “Eltes Güneşi”, “My Roseville”, “My Town”, “My Country”, “My Dream”, “My Home”, “My Village”, “My City” kimi layihələri ilə Türkiyənin inşaat sektorunun gələcəyini müəyyənləşdirən ada, brendə çevrilib.İnşaat sektorunda bu günə qədər 5 milyon kvadrat metrdən çox ərazidə tikinti işləri aparan, satışını reallaşdıran Ağaoğlu İstanbuldakı nəhəng layihələri ilə ümumilikdə 20 mindən çox binanın tikintisinə imza atıb. Son illər Türkiyə ilə kifayətlənməyən Ağaoğlu Dubayda dəbdəbəli binalar tikməklə məşğuldur.Uludağ qış turizm rayonunda (“Ağaoğlu My Resort”, “My Mountain”) və Türkiyənin nəhəng turizm mərkəzlərində inşa etdirdiyi Ağaoğlu otelləri ilə Əli Ağaoğlu turizm sektorunun da uğurlu simalarından biridir.Ötən il Türkiyənin digər nəhəng tikinti şirkəti DAP Yapı ilə ortaq layihələrə imza atan Ağaoğlu indi də İstanbulda yeni yaxta limanının tikintisi ilə məşğuldur.Hər zaman artan xətlə inkişaf etməyən, uğurlarla yanaşı, uğursuzluqlar da yaşayan Ağaoğlu şirkəti bütün bu iqtisadi böhran və çətinliklərdən gec ya tez, amma çıxmağı bacarıb...“Həmişə pul qazanmaq mümkünsüzdür. Buna görə də pulu deyil, müştərini düşünməli, müştərinin ehtiyacları və tələbatlarını ödəməlisiniz. 2001-ci il böhranı zamanı bütün layihələr dondurulduğu bir vaxtda biz dayanmadan 5 layihəyə imza atdıq və 2 mindən çox bina satdıq. “Böhran illərində satış olmur” streotiplərini dağıtmağı bacardıq. Həm biz, həm də müştərilərimiz qazandı. Risk etmək heç vaxt gec deyil”.Qeyri-adi patron300 memar və minlərlə mühəndis ordusu ilə gündə 15-17 saat işləyən Ağaoğlu şirkətə hamıdan əvvəl gəlir, olduğu kimi görünməyə və işçiləri ilə səmimi olmağa çalışır. “Olduğum kimi görünürəm. Ənənəvi rəhbər, müdir stereotiplərini dağıtdığımı düşünürəm. Tikintidə çalışan adi fəhlə ilə söhbətdən də zövq alıram. Türk cəmiyyətində belə bir fikir var ki, varlı adam pis adamdır. Onların fikrincə, varlılar qapalı yaşamağı, cəmiyyətdən uzaq olmağı sevir. Mən elə deyiləm, maşınımı özüm sürürəm, hər zaman insanların içərisində oluram və tanımadığım insanlarla belə uzun-uzadı söhbət etməkdən doymuram”.Holdinqin arxa bağçasında yaratdığı xüsusi ərazidə ceyran, tovuz quşu və kəklik saxlayan Ağaoğlu təbiəti çox sevir və müəllifi olduğu bütün layihələrdə ətraf mühitin təmizliyi və qorunmasına xüsusi diqqət ayırır.Şirkətin reklam çarxlarında rol almaqla xalq ilə yaxın və isti münasibət quran Ağaoğlunu medianın dostu adlandırmaq olar.Qadınlar və maşınlarOnun haqqında çox zaman “iş yox, şou-biznes adamıdır” deyirlər. Çünki Ağaoğlu iş həyatı və layihələri ilə yanaşı, şəxsi həyatı və lüks avtomobil sevgisi ilə tez-tez gündəmə gəlir.Şirkətin həyətində “Ferrari”, “Tesla”, “Lamborghini”, “Rolls Royce” və “Bentley” kimi onlarla klassik və idman stilində olan 10 milyon dollar dəyərində maşınların yer aldığı qaraj var. Maşın kolleksioneri olan və bütün maşınlarına “AGA” nömrəsi taxan iş adamı bu nömrələri tapmaq üçün bəzən saatlarla yol gedir, nömrə sahiblərini satmaq üçün razı salır...“Qadınlar olmasa, həyat çox standart və darıxdırıcı olardı. Qadınsız həyatı təsəvvür etmək belə istəmirəm. Hər şeydən əvvəl analarımız var, analarımız olmasaydı, biz də olmazdıq. Allah nə yaxşı ki, qadınları yaradıb. Hobbilərim isə o qədər də çox deyil. Amma etiraf edim ki, maşın xəstəsiyəm. Maşını da həmişə özüm sürürəm. Yaxşı və keyfiyyətli şeyləri sevirəm. Maşına və geyimlərimə çox pul xərcləyirəm”.Dörd qadın, 5 uşaqƏli Ağaoğlu indi ayrı yaşadığı ilk həyat yoldaşı Səma Ağaoğlu ilə hələ də evlidir və bu nikahdan 2 övladı - oğlu Əlican və qızı Sena var. Əlican Londonda iqtisadiyyat üzrə təhsil alıb və atasının Avropadakı işlərinə rəhbərlik edir. Oğlunun hazıra nazir olmasını və Ağaoğlu soyadından istifadə etməsini istəmir.“Bir dəfə Əlicanın məndən xəbərsiz yaxta aldığını eşitdim. Londona qayıtmışdı, yaxtanı yandırdım və Əlicana da zəng vurub, xəbər verdim. Əlican çox tərbiyəli və məsuliyyətli bir uşaqdır”.Qızı Sena məktəbi bu il bitirib. Atasının fikrincə, çox uğurlu iş qadınlarından biri olacaq. Memarlıq fakültəsindən oxumaq istəyir, ancaq atası onun seçiminə müdaxilə etməyi sevmir.Ayten Alpar ilə sevgi münasibətlərinin nəticəsində 2006-cı ildə oğlu Mərtcan dünyaya gəlib. Aytən Alpardan ayrılan Ağaoğlu tezliklə rusiyalı model Sofiya Larina ilə görüşməyə başlayıb.2 il öncə Uludağda tanış olduğu və indi də bir yerdə yaşadığı sevgilisi, 32 yaşlı Petek Ertüredən Ali Ege adında oğlu bu ilin may ayında dünyaya gəlib.2004-cü ildə Ağaoğlu məhkəmə qərarı ilə Burcu.K adlı qadından Emir adlı oğlu olduğunu qəbul etməyə və ona soyadını verməyə məcbur olub.Yenə ata olmağı arzulayan və özünü 22 yaşında hiss edən Ağaoğlu nikahlı və nikahdan kənar 5 uşaq atasıdır.“Ərdoğan qardaşımdır”Sağçı olduğunu və partiya mənsubiyyəti olmadığını dəfələrlə vurğulayan Ağaoğlu hakim Ədalət və İnkişaf Partiyasını dəstəkləyir. Ərdoğana hörməti sonsuzdur və onu doğma qardaşı qədər sevdiyini tez-tez bildirib.İnsanların inancına hörmət edir və mənəviyyat onun üçün çox dəyərlidir, ancaq dini görüşlərini müzakirə etməyi sevmir.Ağaoğlu Tarkanın böyük heyranlarından biridir. Layihə və konsertlərində ona yaxından dəstək olur. Tarkanın ifasında pop musiqiləri deyil, türk xalq musiqisini dinləməyi çox sevir. Tarkana türk sənət musiqisi albomu çıxartmağı təklif edib və bu alboma sponsorluq edəcəyini də canlı yayımda elan edib.“Trabzonspor” futbol klubuna azarkeşlik edir və azarkeşliklə kifayətlənməyən Ağaoğlu klubun sponsorlarından biridir. Bir neçə gün öncə türk mətbuatından yer alan xəbərlərə görə, Arda Turanı kluba gətirmək üçün milyonlar xərcləməyə hazırdır.“Böyük rüşvət” əməliyyatıDekabrın 17-də Türkiyə polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində aralarında 3 nazir oğlu, çoxlu sayda iş adamı və bank müdirləri olmaqla 84 nəfər həbs olunub. Bir ildən çox davam edən fiziki və texniki izləmələr nəticəsində toplanan materiallar əsasında həyata keçirilən əməliyyatlar zamanı həbs olunan Əli Ağaoğlu qızıl qaçaqmalçılığı, rüşvət və korrupsiyada ittiham olunur.Polis Ağaoğlu şirkətlər qrupunun Ataşəhərdəki ofisində axtarış aparıb, Ağaoğlunu isə səhər saatlarında evində həbs edərək polis bölməsinə gətirib.Ağaoğlu Şirkətlər Qrupunun icraçı direktoru Həsən Rəhvalı Əli Ağaoğlunun həbs olunduğunu təkzib edib və iş adamının sadəcə, ifadə vermək üçün istintaqa cəlb edildiyini desə də, artıq iddiaların nə dərəcədə ciddi olduğu heç kəsə sirr deyil. Belə ki, ötən gün Ağaoğlu 27 nəfərlə birlikdə müayinə olunmaq üçün Bayrampaşa dövlət xəstəxanasına gətirilib, iş adamı ciddi cəhdlə kameralardan yayınmağa çalışıb.Dünya mətbuatının belə son günlər gerçəkləşən həbslərin arxasında Gülən camaatının dayandığını yazmasından sonra Ərdoğan komandasına ən yaxın iş adamlarından biri olan Əli Ağaoğlunun həbsi ictimaiyyəti o qədər də təəccübləndirməyib.Hələ ötən ilin noyabrında CHP-nin Konyadan olan millət vəkili Atilla Kart Əli Ağaoğlu ilə baş nazir Ərdoğan arasındakı münasibətləri Məclisin gündəminə gətirmişdi. Böyük Millət Məclisinə ünvanlandığı sorğuda Kart Ərdoğan hökumətinin Ağaoğulları üçün yaratdığı “münbit” şərait və şirkətin bu yaxınlıqdan istifadə edərək reallaşdırdığı silsilə qanunsuzluqlar, saxta sənədlər barədə faktları göstərərək baş nazirdən cavab tələb etmişdi...

Müxalifət mətbuatı Ağaoğlunun Ərdoğan və onun yaxın ətrafı ilə yaxınlığından bir çox yerli və beynəlxalq layihələrin həllində istifadə etməsi, Ərdoğanın da qarşıdan gələn seçkilərdə Ağaoğlu başda olmaqla, bir neçə nüfuzlu iş adamının maliyyə dəstəyindən yararlanmaq istəməsi barədə tez-tez yazır. Görünür, camaat da Ağaoğlu şirkətinin qanunsuz pullarından xəbərdardır və seçkilərə az bir müddət qaldığı bu günlərdə Ərdoğan cəbhəsinə hücum etməkdə gecikməyib...

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti