• $
  • €
  • ₽
  • ₺
  • £

400-dən çox erməni Kəlbəcəri ziyarət edib

400-dən çox erməni Kəlbəcəri ziyarət edib
21.12.2021 12:01
400-dən çox erməni zəvvar Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin hərbçilərinin müşahidəsi altında Amaras və Gəncəsər monastırlarını ziyarət edib, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin aylıq hesabatında bildirilib. 
 
Son bir ayda heç bir qanun pozuntusu qeydə alınmayıb, ayrı-ayrı xırda hadisələr yerlərdə birgə üçtərəfli tədbirlərlə aradan qaldırılıb.

Rusiya mühəndis-istehkamçıları 5 hektara yaxın ərazini və obyektləri təmizləyib, həmçinin 20-yə yaxın partlamamış hərbi sursatı məhv edib. Bundan sonra sülhməramlılar kənd təsərrüfatı və təmir işlərinin təhlükəsizliyini təmin etmək üçün 30-a yaxın səfər ediblər.
 


Atəşkəs rejiminə nəzarət, vəziyyətin monitorinqi və təxribat xarakterli hərəkətlərin qarşısının alınması məqsədilə Rusiya sülhməramlı kontingentinin mobil qrupları Dağlıq Qarabağda demarkasiya xətti boyunca 66 patrul xidməti həyata keçirib. 

Azərbaycanın 73 avtomobil karvanının Laçın dəhlizi ilə şimal və cənub istiqamətlərində təhlükəsiz keçidi təmin edilib.

Sülhməramlı kontingentin hərbi həkimləri 1000-dən çox yerli sakinə ixtisaslı yardım göstəriblər.

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir", - bunu Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Aleksey Sokolov deyib.

Rusiya Humanitar Cavab Mərkəzinin hərbçiləri xeyriyyə təşkilatlarının iştirakı ilə məcburi köçkünlərə və ehtiyacı olan ailələrə yardım göstərmək üçün 11 humanitar aksiya həyata keçirib. 3 tona yaxın humanitar yardım buraxılıb.

Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən indiyədək 2 326,6 hektar ərazi, 683 kilometr yol, 1 937 tikili partlamamış hərbi sursatdan təmizlənib, 26 mindən çox partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

"Rusiya sülhməramlı kontingentinin nümayəndələri Azərbaycan Respublikası silahlı qüvvələrinin dörd kolonnasını (ikisi şimal, ikisi cənub) Laçın dəhlizi vasitəsilə müşayiət ediblər. Məsuliyyət zonasında baş verə biləcək insidentlərin qarşısının alınması üçün səylərin əlaqələndirilməsi üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır", - deyə Sokolov əlavə edib.

Rusiya sülhməramlı kontingenti əvvəllər əldə edilmiş razılaşmalara uyğun olaraq regionda sülhyaratma vəzifələrini yerinə yetirməkdə davam edir.
 
Rusiya Federasiyası, Azərbaycan və Ermənistan rəhbərlərinın imzaladığı birgə bəyanata əsasən Qarabağ ərazisində 10 noyabr 2020 -ci il Moskva vaxtı ilə saat 00:00-dan etibarən tam atəşkəs elan edilib və Dağlıq Qarabağdakı bütün hərbi əməliyyatlar dayandırılıb.

Dağlıq Qarabağda atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya Federasiyasının sülhməramlı kontingenti bu ərazidə yerləşdirilib.
 
Hazırladı: Fehruz Rza

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
Siyasət 12:05
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
İlham Əliyev Ərdoğana başsağlığı verib
Siyasət 11:47
İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 10:10
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Türkiyəyə başsağlığı verib
Siyasət 20:30
Azərbaycan Türkiyəyə başsağlığı verib
Özgür Özəl İlham Əliyevə zəng edib
Siyasət 15:09
Özgür Özəl İlham Əliyevə zəng edib
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
Siyasət 14:09
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
İlham Əliyev Kamboca Kralını təbrik edib
Siyasət 11:48
İlham Əliyev Kamboca Kralını təbrik edib
Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Siyasət 08:55
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol