42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO

08:59 | 20.02.2019
42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO

42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO

Balakəndə elektron imza üçün notariusa müraciət edən bir qadına onun ölmüş kimi qeydiyyatda olduğu bildirilib. Özü də 1977-ci ildən. Halbuki vətəndaş 2005-ci ildə şəxsiyyət vəsiqəsi üçün rəsmi orqanlara müraciət edib.

Anews.az  "Xəzər xəbər”ə istinadən xəbər verir ki, hadisə Balakən rayon sakini Rəna Ağamalıyevanın başına gəlib. 3 uşaq anası olan R.Ağamalıyeva özəl bir şirkətdə mühasib işləyir. Son bir ay ərzində elektron imza almaq üçün Balakən rayon notariusuna müraciət etsə də, bu cəhdi uğursuz olub. Notariatlığın elektron sistemində onun 1977-ci ildən bu günə qədər ölü kimi qeydə alındığı bildirilib.

Bəs necə ola bilər ki, 2005-ci ildə şəxsiyyət vəsiqəsi almış Rəna Ağamalıyeva, bu günə qədər bəzi hüquqi əməliyyatlar etməsinə baxmayaraq, hazırda ölmüş kimi göstərilib? Məsələ araşdırılarkən məlum olub ki, 1973-cü ildə anadan olmuş və 1977-ci ildə dünyasını dəyişmiş bacısı Sevil Ağamalıyevanın əvəzinə Rəna Ağamalıyeva ölmüş kimi qeydiyyata alınıb.

Balakən Rayon Qeydiyyat Şöbəsindən isə bildiriblər ki, vətəndaşa məsələ ilə bağlı məlumat verilib. Balakən Rayon Məhkəməsinə müraciət etməsi ilə bağlı hüquqi yardım göstərilib.

Həmin vətəndaş bildirir ki, başına gələn bu məsələ işlərini çətinləşdirib. Sənədləşmə işlərində problem yaranır. İndi tezliklə məhkəməyə müraciət edərək düşdüyü vəziyyətdən çıxmalıdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb