Ötən il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sisteminə təhsil müəssisələri tərəfindən 252 321 məlumat daxil edilib.TQDK-dan APA-ya verilən xəbərə görə, bunlar bakalavriat səviyyəsi üzrə 155 235, magistr səviyyəsi üzrə 16 130, orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasından qəbul üzrə 52 020 və ümumi orta təhsil bazasından qəbul üzrə 28 936 müxtəlif növlü məlumatlar olub. Müqayisə üçün qeyd edək ki, 2012-ci il ərzində sistemə təhsil müəssisələri tərəfindən 92 715 məlumat daxil edilib. 2013-cü ilədək daxil edilmiş məlumatlar 2012-ci ilədək daxil edilmiş məlumatlardan 2.7 dəfə çoxdur. Onu da qeyd edək ki, əvvəlki illərin məzunları haqqında məlumatları sistemə daxil etməyən bir çox təhsil müəssisələri artıq bu işi icra ediblər. Belə ki, sistemə daxil edilən məlumatların 2840-ı əcnəbi və vətəndaşlığı olmayan tələbələrin qəbulu, 1607-si əlavə təhsil almaq istəyən şəxslərin qəbulu, 2839-u təhsil müəssisəsinin öz qəbulu, 5761-i xarici təhsil müəssisələrindən köçürmələr, 4021-i ölkədaxili köçürmələr, 5658-i ixtisas dəyişmələri, 1015-i ixtisas dəyişməklə ölkədaxili köçürülmələr, 2294-ü təhsilalama forması dəyişmələri, 396-sı təhsilalma forması dəyişməklə ölkədaxili köçürmələr, 22-si dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə ixtisas dəyişmələri, 19-u dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə ölkədaxili köçürmələr, 4237-si akademik borca görə xaricedilmələr, 4203-ü digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar xaricedilmələr, 8945-i təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaricedilmələr, 3226-sı təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaricedilmələr, 1225-i təkrar kursda saxlanılmalar, 307-si akademik məzuniyyətin alınması(xaricdə təhsil almaq məqsədilə), 2260-ı akademik məzuniyyətin alınması ( xəstəlik və digər səbəblərdən), 9882-si akademik məzuniyyətin alınması (həqiqi hərbi xidmətə çağırışla əlaqədar), 10630-u akademik məzuniyyətin alınması (təhsil haqqını ödəmək imkanının olmamasına görə), 973-ü ixtisas dəyişməklə tələbələr sırasına bərpalar, 669-u təhsilalma formasını dəyişməklə tələbələr sırasına bərpalar, 6-sı dövlət sifarişi əsasında təhsildən ödənişli əsaslarla təhsilə keçməklə tələbələr sırasına bərpalar, 24-ü dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə tələbələr sırasına bərpalar, 329-u ödənişli əsasdan dövlət sifarişli formaya keçirilmə, 6057-si şəxsi məlumatların dəyişməsi, 146-sı ölüm halları, 172565-i diplom alma ilə bağlı olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !