48 mindən çox vergi borcu olan şirkət 111 minlik tenderi uddu

13:11 | 20.10.2021
48 mindən çox vergi borcu olan şirkət 111 minlik tenderi uddu

48 mindən çox vergi borcu olan şirkət 111 minlik tenderi uddu

"Masallı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin keçirdiyi tender müsabiqəsinin qalibi "Cənub-2000” MMC olub.

Təmir işlərinə görə müəssisə MMC-yə 111 min 94 manat 2 qəpik ödəyəcək.

111 min 94 manat 2 qəpik dəyərində tenderin qalibi olan şirkətin nizamnamə kapitalı 10 manatdır. "Cənub-2000” MMC-nin qanuni təmsilçisi Mirzəyev Qadir Nüsrət oğludur. Şirkətin hüquqi ünvanı Masallı rayonu, Şıxlar kəndində yerləşir.

2010-cu ilin 5 iyulundan dövlət qeydiyyatına alınan şirkətin 48 min 250 manat 1 qəpik vergi borcu var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM