5 azərbaycanlı hakim beynəlxalq dərəcə aldı

16:21 | 15.05.2014
5 azərbaycanlı hakim beynəlxalq dərəcə aldı

5 azərbaycanlı hakim beynəlxalq dərəcə aldı

5 hakimimiz beynəlxalq dərəcə alıb.
Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, bir müddət əvvəl Bakıda FILA-nın növbəti hakimlik kursu təşkil olunmuşdu. Kurs FILA instruktorları Sergey Novokovski (Rusiya) və Edişer Maşaidze (Gürcüstan) tərəfindən həyata keçirilmişdi.
Kursda 13 ölkədən 60-a yaxın milli hakim beynəlxalq dərəcə almaq üçün iştirak edib imtahan verimişdi. Həm yazılı, həm də AGF Kuboku uğrunda beynəlxalq turnirdə praktiki sınaqdan ibarət olan kursun nəticələri açıqlanıb. Azərbaycan təmsilçiləri imtahandan uğurla keçiblər.
İmtahanın nəticələrinə əsasən, 5 nəfər milli dərəcəli hakimimiz - Murad Əliyev, Tural Əliyev, Ceyhun Salmanov, Zaur Şərifov və Babək Allahverdiyev hər iki imtahanı uğurla keçib və III dərəcəli beynəlxalq hakim adına layiq görülüblər.
Bundan başqa, yarışların katibliyində fəaliyyət göstərən 2 nəfər təmsilçimiz - Namiq Dünyamalıyev və Tələt Əliyev imtahandan uğurla keçərək beynəlxalq dərəcəli katib statusu əldə edib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM