5 azərbaycanlı həbs edildi

17:00 | 15.03.2015
5 azərbaycanlı həbs edildi

5 azərbaycanlı həbs edildi

Dubay polisi narkotik maddə saxlamaqda və istifadə etməkdə şübhəli bilinən 5 Azərbaycan vətəndaşını həbs edib. 


 Dubay prokurorluğunun açıqlamasına əsasən şübhəlilərdən 123 qram narkotik maddə aşkar olunub. Söhbət kimyəvi narkotikdən gedir.


Dubay polisinin narkotiklərə qarşı Baş Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən əvvəlcə Azərbaycan vətəndaşı A.S. narkotik maddə saxlamaq ittihamı ilə həbs edilib. Ondan polietilen paketdə 123 qram narkotik aşkar edilib. Saxlanılan şəxs polisə ifadəsində narkotik istifadəçisi olduğunu təsdiqləyib.


Polis A.G. adlı ikinci şübhəlinin mənzilini axtarıb və onunla birlikdə daha üç  nəfəri həb edib.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM