ABB-nin yaratdığı ABB Tech Akademiyasının fəaliyyətə
başlamasından 5 il ötür. Akademiya 2019-cu ildə Bankın korporativ sosial məsuliyyət
layihəsi çərçivəsində yaradılıb. Təhsil müəssisəsinin məqsədi ölkəmizin əmək
bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar informasiya texnologiyaları mütəxəssislərinin
hazırlanmasına dəstək olmaqdır.
Ölkəmizin biznes mühitində birinci dəfə
reallaşdırılan bu sosial layihə çərçivəsində Akademiyanın ilk proqramları ödənişsiz
olub. Sonrakı proqramlarda isə ABB Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, bp
kimi tərəfdaşları ilə birgə qəbul prosedurları zamanı yüksək nəticə göstərən
istedadlı tələbələrə təqaüdlə təhsil imkanı yaradıb.
5 il ərzində ABB Tech Akademiyasının ayrı-ayrı
proqramlarında 722 nəfər məzun olub. Hazırda 26 nəfər qız, 21 oğlan olmaqla 47 tələbə
Akademiyada təhsilini davam etdirir. Məzunların 30%-i ABB-nin müxtəlif layihələrində,
70-%-i isə ayrı-ayrı yerli və xarici şirkətlərdə çalışır. ABB Tech
Akademiyasını bitirənlərin işəqəbul əmsalı 82%-dir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !