5 məmur saxlanıldı

09:37 | 29.10.2014
5 məmur saxlanıldı

5 məmur saxlanıldı

Gürcüstanın baş prokurorluğu Müdafiə Nazirliyinin yüksək çinli məmurlarını saxlayıb. ANN.Az-ın APA-ya istinadən məlumatına görə, nazirliyin 5 nəfər məmuru Tiflis şəhər meriyasının qərarına əsasən saxlanılıb. Gürcü mətbuatının yayımladığı informasiyada bildirilib ki, müdafiə nazirliyinin vəzifəli şəxsləri büdcədən 4 102 872 lari həcmində pul vəsaiti mənimsəməkdə günahkar bilinirlər.  Saxlanılan şəxslərə 48 saat ərzində ittiham irəli sürüləcəyi gözlənilir. Gürcüstan CM-nin 182-ci (mənimsəmə) maddəsinə əsasən istintaq aparılır. Faktlar təsdiq olarsa, onlar 7-dən 11 ilədək azadlıqdan məhrum edilə bilərlər.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM