5 min adamın ölüm səbəbi olan körpə - FOTO+VİDEO

10:45 | 31.10.2014
5 min adamın ölüm səbəbi olan körpə - FOTO+VİDEO

5 min adamın ölüm səbəbi olan körpə - FOTO+VİDEO

Qərbi Afrikada 5 min adamın ölümünə səbəb olan Ebola virusunun 2 yaşlı uşaqdan yayıldığı düşünülür.

ANN.Az xəbər verir ki, hazırda dünya bu iddianın mübahisəsini aparır. 5 min adamın ölümünə səbəb olan Ebola virusunun ilk dəfə ötən il Qanada ölən 2 yaşlı Emile Ouamouno adlı uşaqda aşkar olunub. Onun ölümündən sonra Emilenin anası, bacısı, nənəsi də olmaqla 14 yaxın qohumu Eboloya yoluxaraq həlak olublar. Ümumdünya Səhiyyə Təşkilatının hesablarına görə, artıq Eboladan ölənlərin sayı 5 minə çatıb.

Son hesabatlara görə, dünya üzrə Ebolaya yoluxanların sayı 13 min 703 nəfər olub. Qeyd edək ki, ötən həftənin şənbə günü Ebolaya yoluxanların sayı 10 min 141 nəfər idi və qısa müddət ərzində yoluxma sayının bu qədər artması bütün səhiyyə qurumlarının narahat etməyə bilməz. Ölənlərin son statistikası isə belədir: 4 min 920 nəfər. Ölüm halları Liberiya, Sierra Leone və Qanada baş verib. Cəmi 10 ölüm faktı digər ölkələrin payına düşür.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM