Ermənistan baş naziri Nikol Paşinyan Qafanda mətbuat konfransı keçirib.
Ermənistan KİV-i yazır ki, o, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə toxunub. Paşinyan Serj Sarkisyan hakimiyyəti dövründə danışıqlar masasında olan sülh sazişinin detallarını bölüşüb.
Nikol Paşinyan Qarabağ ətrafındakı 5 rayondan erməni birləşmələrinin çıxmasından sonra bölgəyə beynəlxalq sülhməramlıların yerləşdirilməsini və bundan sonra azərbaycanlıların öz ev-eşiklərinə qayıtmalı olduğunu xatırladıb.
"Amma sülhməramlılar Laçın və Kəlbəcər rayonlarında yerləşməli deyildi. Kəlbəcər ATƏT-in müvəqqəti monitorinqi altında qalmalı idi. Digər müddəa Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsinə qədər keçid status almasında idi. Yayılan məlumatlarda bu sənədlərdən söhbət gedir. İndi bizi ittiham edirlər ki, biz bu irsi itirmişik”-deyə Paşinyan açıqlama verib.
O, Ermənistanın həmin sənəd əsasında danışıqlara başlamağa hazır olacağı halda dünya birliyinin buna mane olmayacağını əlavə edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !