5 saata 350 min bilet satıldı

22:29 | 09.12.2013
5 saata 350 min bilet satıldı

5 saata 350 min bilet satıldı

2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının 350 min bileti 5 saat ərzində satılıb.ANS PRESS-in Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu informasiyanı FİFA-nın mətbuat xidməti yayıb. Biletləri 2014-cü il yanvar ayının 30-dək 62 oyun üçün sifariş etmək olar. Çempionatın start və final oyunlarının biletləri yalnız final yarışında iştirak edən komandaların azarkeşləri üçün (hər bir komandaya 8 faiz kvota) ayrılıb.Biletlərin sifarişi üzrə hazırda 300332 nəfərlə Braziliya başçılıq edir. Sonrakı yerlərdə isə Çili (95538), ABŞ (5326), Argentina (4477), Avstraliya (3217), Fransa (2540), Almaniya (2533), İngiltərə (2392), Kolumbiya (2341) və Yaponiya (1139) qərarlaşıb.Xatırladaq ki, futbol üzrə dünya çempionatı 2014-cü il iyun ayının 12-dən iyul ayının 13-dək Braziliyanın 12 şəhərində (Rio-de-Janeyro, Resifi, Salvadore, San-Paulu, Portu-Aleqri, Manayse, Fortaleze, Natale, Belu-Orizonti, Brazilia, Kyabe və Kuritibe) keçiriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti