5 yaşlı Zəhranın şəkli “İlin fotosu” seçildi

21:33 | 22.12.2017
5 yaşlı Zəhranın şəkli “İlin fotosu” seçildi

5 yaşlı Zəhranın şəkli “İlin fotosu” seçildi

BMT Uşaq Fondu (YUNİSEF) ilin ən təsirli fotolarını səsvermə yolu ilə müəyyənləşdirib.


"İlin fotosu” Suriyadan ailəsi ilə birlikdə qaçaraq İordaniyada Mafrak şəhərində qaçqın sığınacağına yerləşən 5 yaşlı Zəhranın fotosu seçilib.


İkinci yeri Myanmada zülmə məruz qaldığı üçün araq Banqladeşə sığınan Arakanlı qadının uşağı ilə birlikdə çəkildiyi fotosu tutub.


İlin ən təsirli 3-cü fotosu da yenə Myanmadan qaçan müsəlmanlara aiddir. Banqladeşdəki qaçqın sığınacağına ərzaq yardımı edilərkən orada yaşanan tragediya bu təsirli kadrda qeydə alınıb.


Qeyd edək ki, "İlin fotosu” müsabiqəsinə ümumilikdə 115 foto təqdim edilib. 2000-ci ildən etibarən hər il keçirilən müsabiqədə daha çox uşaqların həyatlarını və çətin yaşam vəziyyətlərini ifadə edən fotolara üstünlük verilir.
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb