Mərkəzi Univermaqdan 50 min manatlıq qızılı ələ keçirməkdə təqsirləndirilən Sevda Qəhrəmanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ANN.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, S. Qəhrəmanova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Səbail rayonunda yerləşən Mərkəzi Univermaqda qızıl alqı-satqısı ilə məşğul olan Vidadi Rəhimov satış üçün nəzərdə tutulan dəyəri 50 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib. İlkin araşdırmalar zamanı qızılların Vidadi Rəhimovun satıcısı Sevda Qəhrəmanova tərəfindən götürüldüyü məlum olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !