50 saat sonra möcüzə - sağ çıxdı

23:00 | 06.08.2014
50 saat sonra möcüzə - sağ çıxdı

50 saat sonra möcüzə - sağ çıxdı

Çinin cənub-qərbində baş verən zəlzələdən 50 saat sonra xilasedicilər möcüzə ilə qarşılaşıblarZəlzələnin episentrindən 5 kilometrlik məsafədə yerləşən Babao kəndində yaşayan 88 yaşındakı Xiong Zhengfen fəlakətdən 50 saat sonra dağıntılar altından sağ-salamat çıxarılıb. Bu barədə "Aljazeera" xəbər verir. Xəstəxanaya çatdırılan yaşlı qadının vəziyyəti yaxşı qiymətləndirilir. Bölgədəki axtarış - xilasetmə qrupları "Bura gəldiyimizdə bir nəfər anasının dağıntı altında qaldığını söylədi. Qadının səsini eşitdik və həmin yerdən bir dəlik açaraq qadını xilas edə bildik" - deyə hadisəni təsvir edib.Qadının xilas olunması üçün qrup tam 6 saat iş aparıb.Çin dövlət televiziyası avqustun 3-də Yunnan əyalətinin Caotong şəhərində baş vermiş zəlzələ nəticəsində ölü sayının 589 olduğunu açıqlayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM