50 yaşlı kişiyə ərə getmək istəməyən məktəbli intihar etdi - FOTO

13:13 | 18.01.2020
16 yaşlı məktəbli qızın nişanlanması faciə ilə nəticələnib. O, intihar edib. Hadisə Rusiyada baş verib.

Bu barədə Sib.fm məlumat yayıb.

Bildirilir ki, Yekaterinburq şəhərindən olan məktəbli valideynlərinin onu 50 yaşlı kişiyə ərə vermək qərarı ilə barışa bilməyib. Bunu rüsvayçılıq sayan qız intihar edib.Qızın ailəsi yezididir. Onların ənənəsinə görə, qızlar 16 yaşında ərə getməlidirlər.

O da vurğulanır ki, qız doqquzuncu sinifə qədər yaxşı oxuyub, ancaq sonra evlilik məsələsinə görə dərslərinə laqeyd yanaşmağa başlayıb.

Hadisə ilə əlaqədar "intihar həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb.

www.anews.az