"Bu nömrə Ərdoğana yaraşar".
Ankarada yaşayan bir adam 500 min türk lirəsinə (180 min AZN) dəyərləndirdiyi "06 RTE 53" nömrəli avtomobilini prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə etmək istəyir. ANS PRESS xəbər verir ki, Ərdoğanın adının baş hərfi ilə doğulduğu məmləkət Rizənin maşın nömrəsini daşıyan 1988 model avtomobil, satışa çıxarıldığı internet saytında böyük maraq görüb. Vasitənin sahibi Polat Fikrət Örsçəlik bildirib ki, internet saytlarında avtomobil elanlarını araşdırarkən təxminən 1 ay əvvəl "06 RTE 53" nömrəli vasitənin elanını görüb və uzun danışıqlar nəticəsində avtomobili 9 min lirəyə (3 255 AZN) satın almağa müvəffəq olub.Aldıqdan sonra isə Örsçəlik "Avtomobillə əlaqəli çox ciddi təkliflər aldım və yoldaşlarımın istəyi ilə satışa çıxardım. 30 iyuldan bu yana çox sayda adamla görüşdüm. Avtomobilə 500 min lirə dəyər verdilər, indiyə qədər 235 min lirəyə qədər təklif edənlər oldu ancaq bu nömrə Ərdoğana yaraşar"- dedi.Qeyd edək ki, Örsçelik, avtomobili prezident Ərdoğana hədiyyə etmək istədiyini bildirir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !