500 nəfər edam ediləcək

15:48 | 23.12.2014
500 nəfər edam ediləcək

500 nəfər edam ediləcək

Pakistan rəhbərliyi Peşavardakı məktəbə hücumdan sonra İslamçı terrorçular barəsində edam cəzalarının tətbiqi başlayıb.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, önümüzdəki həftələrdə 500 məhkumun edam edilməsi planlaşdırılır.

Baş nazirin sözçüsü Musadık Malik İslamabadda jurnalistlərə mövzu ilə bağlı danışıb:
"İlk mərhələdə təxminən 500 məhkum edam ediləcək. Bunun üçün 2-3 həftə müddətə ehtiyac var. Uşaqlarımızı, vətəndaşlarımızı öldürənlərə rəhm etməyəcəyik".

Qeyd edək ki, Talibanın Peşavarda bir məktəbə təşkil etdiyi hücumda 133-ü uşaq olmaqla 149 nəfər ölmüşdü.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM