Son 4 gündə Hindistanın Andxra-Pradeş və Telanqana şəhərlərindəki anomal istilər nəticəsində ölənlərin sayı 500 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu haqda "Times of İndia" məlumat yayıb.
Xəbərə görə, ən yüksək temperatur Andxra-Pradeş ştatının Maçilipatnam və Tuni şəhərlərində qeydə alınıb. Bu ştatda istlik 47 dərəcə olub.
Meteoroloqlar yaxın günlərdə havanın temperaturunun yüksəlməyəcəyini bildirib.
Qeyd edək ki, Hidistanda adətən aprel - may aylarında hava şəraiti quru və isti olur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !