“Bu il Azərbaycanda 5000-dən çox qız erkən evliliklərin qurbanı olub”.APA-nın xəbərinə görə, bu barədə Azərbaycanda 10 günlük missiya həyata keçirən BMT-nin qadınlara qarşı zorakılıq, onun səbəb nə nəticələri mövzusunda çalışan Xüsusi Məruzəçisi Raşida Mancu keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, missiya zamanı əsasən cənub bölgəsinə xas olan erkən, məcburi və qeyri-rəsmi evliliklərin sayının artması narahatçılıq doğuran məsələ kimi davamlı olaraq vurğulanıb: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatlarına görə, 2013-cü ildə 5000-dən çox qız uşağı erkən evliliklərin qurbanı olub. 2012-ci ildə isə bu rəqəm təxminən 4000 idi. Erkən evliliklərin hər bir fərd üçün müxtəlif səviyyələrdə, o cümlədən fiziki və mənəvi, təhsil yönümlü, sosial-iqtisadi, eləcə də qızların reproduktiv sağlamlıq baxımından ciddi ziyanları var. Qadınlara qarşı Zorakılığın Bütün Növlərinin Ləğvi (CEDAW) üzrə komitənin 2009-cu ildəki yekun müşahidələrində vurğulandığı kimi, bu cür evliliklərin qarşısının alınması, həmçinin bütün evliliklərin düzgün hüquqi qeydiyyatının təmin edilməsi üçün dövlət inkişaf etdirici tədbirləri, o cümlədən davamlı maarifləndirmə kampaniyalarını davam etdirməli, icmalarla və dini qurumlarla müvafiq işlər aparmalıdır”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !