505 nəfər müəllimlər üçün təşkil olunan təlimlərdən öz istəyilə imtina edib. Bunu Təhsil institunun direktoru Rüfət Əzizov bildirib.
"505 müəllim öz ərizəsi ilə təlimlərdə iştirak etməkdən imtina edib. 32 müəllim isə müxtəlif səbəbdən iştirak edə bilməyib. İlkin təlimlərdən imtina edən müəllimlərin bir qismi daha sonra təlimlərdə iştirak etmək üçün yenidən müraciət edib. Biz humanist addım atıb onlar üçün onlayn təlimlərin yenidən təşkil olunmasını planlaşdırıq", - Rüfət Əzizov Təhsil Tv-nin canlı efirində deyib.
Onun sözlərinə görə, təlimdə iştirakından asılı olmayaraq bütün müəllimlər sertifikasıya imtahanına cəlb olunacaq.
2022-ci ildə keçirilən sertfikasiya imtahanında 11 mindən artıq müəllim iştirak edib və 78%-i uğur qazanıb.
Sertifikatlaşmanın birinci mərhələsində 2803 müəllim kəsilib.
Müəllimlər üçün növbəti sertifikasiya imtahanı bu il iyunun 20-24-də keçiriləcək. Bu imtahanlardan kəsilən müəllimlər il ərzində təlimlərə cəlb oluna bilərlər.
Xalidə Elşənqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !