Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrinə görə respondentlərin 18,1%-i Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında Brüssel formatına, yəni Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən danışıqlara üstünlük verir. Bu barədə qurumun son sorğu nəticələrində qeyd olunub.
Sorğuda iştirak edənlərin 14,3% Moskva formatını sülh imzalanmasında mümkün olduğunu açıqlayıb. Vasiqton formatını dəstəkləyən isə 9,3%-dir.
50,6% respondent hesab edir ki, təqdim olunan heç bir format sülhə dəstək olmayacaq.
Sorğu 384 nəfərin arasında keçirilib və 12 iqtisadi rayonu əhatə edib.
Bundan əvvəl,Sosial Tədqiqatlar Mərkəzi "Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına inanırsınızmı?" adlı sorğu keçirib. Sorğuda iştriak edən 42,7% insan sülhün imzalanmasına, 39,1%-i isə imzalanmamasına dair fikirlər səsləndirib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !