Bu gün 54 sərnişinlə yoxa çıxan təyyarənin qalıqlarına rast gəlinib.
Trigana Hava Yollarına məxsus "ATR 300" tipli cütqanadlı təyyarə dünən ölkənin qərbindəki Papua əyalətindən səmaya qalxdığından yarım saat sonra radarlardan itmiş və onunla əlaqə kəilmişdi.
Ölkənin Hava Sərnişindaşıma Qurumunun baş direktoru Budi Prasetyo bu gün keçirdiyi mətbuat konfransında təyyarənin qalıqlarına ölkənin Oktabe bölgəsində rast gəlindiyini deyib. Təyyarənin qalıqlarını kəndlilər aşkar edib. Qəza təyyarənin dağa çırpılması nəticəsində baş verib.
Təyyarədə 54 adam olub - onlardan 5-i uşaq olmaqla 49 sərnişin, 5 nəfər isə ekipaj üzvü.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !