Kuba hökuməti 55 il sonra ilk dəfə ölkədə katolik kilsəsinin inşa edilməsinə icazı verdiANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Pinar delRio bölgəsinin qərbindəki Sandino qəsəbəsində inşa ediləcək ediləcək kilsənin maliyyəsini Floradanın Tampa şəhərindəki katoliklər verəcək. "Xristian yaşamı" qurumunun yaydığı məlumata görə, 200 nəfərin ibadət edə biləcəyi kilsənin inşasl üçün rəsmi icazənin verilməsi Kuba hökuməti və Katolik dünyası arasındakı münasibətlər baxımından irəliyə doğru atılmış addımdır.Uzun illər sonra hökumətin belə bir qərar verməsi "Katolik dünyasının mərkəzi hesab olunan Vatikan və kommunist rejiminin hakim olduğu Kuba arasındajı əlaqələrin yaxşılaşmasına işarədir" - kimi şərhlər verilir.1959-cu ildə Kubada hakimiyyət kommunistlərin əlinə keçdikdən sonra Katolik Kilsəsi ilə münasibətlər heç cür normallaşmırdı. Sadəcə papalar - II John Paul və XVI Benediktin adaua ziyarətlərindən sonra hökumət toplu dini tədbirlərin keçirilməsinə icazə vermişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !