598 nəfər Qarabağ Universitetində oxumaq istədiyini deyir - Sorğu

13:23 | 08.07.2024
598 nəfər Qarabağ Universitetində oxumaq istədiyini deyir - Sorğu

598 nəfər Qarabağ Universitetində oxumaq istədiyini deyir - Sorğu

Təhsil eksperti Elçin Əfəndinin telegram kanalında keçirdiyi sorğu nəticələrinə görə 598 nəfər Qarabağ Universitetində təhsil almaq istəyir. Bu barədə ekspert öz sosial hesabında paylaşım edərək bildirib. 
 
Sorğuda iştirak edən 555 nəfər müxtəlik səbəblərdən həmin universiteti seçməcəyini açıqlayıb. 
 
Sorğu umumilikdə 1153 şagird arasında keçirilib.  
 
Bir müddət öncə Qarabağ Universitetinə yeni rektor təyin edilib. 
 
Fevralın 15-də Prezidentin ehtiyyat fonundan Qarabağ Universitetinə 10 milyon manat vəsait ayrılıb. 

Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.

Noyabrın 30-da Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, Xankəndində yerləşən Qarabağ universiteti 2024-cü ilin sentyabrında fəaliyyətə başlayacaq.
 
İlkin mərhələdə universitetdə  800-1000 tələbə təhsil alacaq.
 
İlk illərdə Qarabağ Universitetində tələbələr üçün güzəştlər edilməsi nəzərdə tutulur. 
 
Gülnar Nazimqızı 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM