"Tənzimləyicilərin operatorlara 5G texnologiyasının tətbiq edilməsində köməyi sayəsində xərclərin azaldılması icra olunmalıdır. 5G texnologiyası üçün aşağı səviyyə tətbiq olunmalıdır. Biz fəal paylaşımı da dəstəkləyirik. 5G paylaşımı inkişaf etmiş dövlətlərdə nəzərə alınmalıdır. Xərclərin azaldılması böyük bir fərq yarada bilər",- Rohan "GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən "Sənaye investisiyalarını gücləndirmək üçün dəstəkləyici siyasət strategiyaları” adlı paneldə çıxışı zamanı deyib.
Bakıda 2 gün müddətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə "GSMA M360 Eurasia 2024” konfransı keçirilir. Konfransda rəqəmsal dövrün ən aktual tendensiyaları və süni intellektin müxtəlif sahələrə təsiri, həmçinin yaşıl texnologiyalar kimi mühüm mövzuları müzakirə edilir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !