Bu il Əmək Müfəttişliyinə pozuntularla bağlı neçə müraciət daxil olub? - Statistika

12:52 | 05.07.2024
Bu il Əmək Müfəttişliyinə pozuntularla bağlı neçə müraciət daxil olub? - Statistika

Bu il Əmək Müfəttişliyinə pozuntularla bağlı neçə müraciət daxil olub? - Statistika

2024-cü ilin ilk altı ayında ölkə üzrə əmək qanunverciliyinin pozulması ilə bağlı  Əmək Müfəttişliyinə 1241 müraciət daxil olub. Bunu Əmək Müfəttişliyinin Xidmət rəisinin müavini Nərmin Mirzəyeva deyib.

O bildirib ki, daxil olan müraciətlər əsasında 41 nəfər öz işinə bərpa olunub.

"Pozuntularla bağlı 1241 halda əmək qanunvericliyinin pozulması halı aşkar edilib. Nəticədə  İnzibatı Xətalar Məcələsinə uyğun olaraq müvafiq cərimələr tətbiq olunub. Monitorinq nəticəsində 41 nəfər vətəndaş öz işinə bərpa edilib",- Nərmin Mirzəyeva jurnalistlərə açıqlamasında söyləyib.

Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM