6 minə yaxın müəllim 10 500 vakant yer üçün mübarizə aparacaq

12:20 | 14.08.2024
6 minə yaxın müəllim 10 500 vakant yer üçün mübarizə aparacaq

6 minə yaxın müəllim 10 500 vakant yer üçün mübarizə aparacaq

Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən 50 264 nəfərdən 5740 nəfəri test imtahanından keçə bilib. Bu Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Zenfira Sevdimalı deyib. 
 
O bildirib ki, imtahandan keçən müəllimlər növbəti - müsahibə mərhələsinə dəvət olunub. 
 
Qurum rəsmisi vurğulayıb ki, bu il namizədlərə 10 500 vakant yer təqdim olunub. 
 
"Sertifikasiya prosesindən sonra azərbaycan dili və ibtidai sinif üzrə ötən illə müqayisədə vakant yerlərin sayı 50% artıb. Daxil olan müraciətlərin əsas hissəsi, namizədlərin vakant yer seçimləri zamanı daha çox paytaxt və böyük şəhərlərə üstünlük verməsi ilə bağlıdır. Ölkə üzrə bir çox vakant yer namizədlər tərəfindən seçilmir. Bu istiqamətdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas məqsədi həm paytaxt (mərkəz) və böyük şəhərlərdə, həm də regionlarda olan məktəblərimiz üçün eyni əsas və meyarlarla seçilmiş, bilik bacarıqları yüksək müəllimləri təyin etməkdir", - o əlavə edib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM