6 yaşı tamam olmayan uşaqların I sinfə qəbul qaydası açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə fevralın 22-dən iyunun 20-dək, Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi və Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə isə martın 12-dən iyunun 20-dək aparılır.
"Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi və Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən yaradılmış Müsabiqə Komissiyası tərəfindən "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, iyun-iyul ayları ərzində müsahibə üsulu ilə aparılır", - deyə məlumatda deyilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !