“60 manat artıq borc yazılıb” - Azəriqaz”dan şikayət

13:58 | 21.01.2020
“60 manat artıq borc yazılıb” - Azəriqaz”dan şikayət

“60 manat artıq borc yazılıb” - Azəriqaz”dan şikayət

""Azəriqaz”dan verilmiş qəbzdə son göstərici 1566 kub metr qeyd olunub, ancaq sayğaca baxıram 1329 kub metr göstərir”.

Anews.az xəbər verir ki, bu sözləri "Qafqazinfo”ya müraciətində Masallı rayon Qızılavar kənd sakini Cəsarət Şahbazov deyib.

Bildirib ki, yanvar ayının 9-da ona qaz sərfiyyatı ilə bağlı ödəniş qəbzi verilib. Həmin zaman qəbzdə qaz sərfiyyatı 1566 kub metr yazılıb. Ancaq istifadəçi 15 yanvar tarixində sayğaca baxan zaman son göstəricinin hələ 1329 kub metr olduğunu görüb:
 
"Qəbzdə göstərilib ki, 158 manat borcum var. Hesabladığım zaman görürəm ki, 60 manat artıq borc yazılıb. Məsələ ilə bağlı qaz idarəsində ərizə yazmışam, qəbzi də götürdülər. Baxılacağı bildirilsə də, hələ də bir xəbər yoxdur. Lənkəran Rayon Qaz İstismar İdarəsindən zəng vurub və sayğacın şəklini istəyiblər. 10 gündən çox qazdan istifadə etməyimizə baxmayaraq hələ bu gün də mənim sayğacım 1500 kub metrə çatmayıb”.

Şikayətlə bağlı "Azəriqaz” İB-yə müraciət olunsa da, rəsmi cavab verilməyib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb