60 ukraynalı döyüşçü əsirlikdən xilas olub

16:09 | 06.12.2022
60 ukraynalı döyüşçü əsirlikdən xilas olub

60 ukraynalı döyüşçü əsirlikdən xilas olub

Rusiya Ukraynanın 60 hərbçisini azad edib. Bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakın Telegram kanalında məlumat yayıb.
 
Əsirlikdən qaytarılan hərbçilərin 15-i zabit, 45- isə sıravi əsgər olduğu bildirilir.

"Daha bir uğurlu əsir mübadiləsi apardıq. Ukrayna Silahlı Qüvvələri günündə Silahlı Qüvvələrin, Milli Qvardiyanın, Dövlət Sərhəd Xidmətinin 60 əsgəri - 58 kişi və 2 qadın, 15 zabit və 45 sıravi əsgər-çavuş evinə qayıdır.  Bu bayram günü ən gözəl xəbərdir, çünki qəhrəmanlar sağ olmalıdırlar”, - o vurğulayıb.

Əsirlikdən qaytarılanlar 60 nəfərdən 43-ü Mariupol, 14-ü isə "Azov" müdafiəçiləridir.

Əsirlikdən xilas olanların bəziləri yaralıdır.
 
Daha əvvəl dekabrın 1-də Rusiya əsirliyində olan 50 ukraynalı döyüşçü vətənə qayıdıb.

Noyabrın 23-də 35, noyabrın 24-də daha 50 ukraynalı hərbçir əsirlikdən geri qaytarılıb. 

Noyabrın 26-da isə 12 ukraynalı Rusiyanın əsirliyindən azad edilib. 
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM