Bakıda 60 yaşlı kişinin yatarkən öldürülməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb. Bakı Şəhər Prokurorluğundan "Qafqazifo”ya verilən məlumata görə, mayın 24-ü Binəqədi rayonunda yaşayan 1959-cu il təvəllüdlü Şamil Xələfov bıçaqlanaraq öldürülüb.
Dərhal məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Oxu.az-ın verdiyi xəbərə görə, cinayət törədildiyi vaxt, təxminən gecə saat 02:00 radələrində Xələfovlar ailəsinin bütün üzvləri evdə olub. Hətta böyük oğlu onunla bir otaqda yatıb. Ancaq ilkin dindirilməsi zamanı gənc bərk yatdığını və atasının kim tərəfindən və necə qətlə yetirildiyini görmədiyini bildirib. O, atasının xırıltı səslərinə oyandığını söyləyib, lakin həmin vaxt otaqda artıq heç kim olmayıb.
İkinci versiya qətldə ailə üzvlərinin əlinin olmasıdır. Hazırda əsas şübhəlilər məhz onunla bir evdə yaşayan ailə üzvləridir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !