600-dan çox bal yığan gənclərin diqqətinə! - Yeni qərar

17:02 | 16.10.2024
600-dan çox bal yığan gənclərin diqqətinə! - Yeni qərar

600-dan çox bal yığan gənclərin diqqətinə! - Yeni qərar

Dövlət İmtahan Mərkəzinin imtahanlarında 600-dan başdan yuxarı bal yığmış, eləcədə beynəxalq reytinqlərdə ilk 500 universitet siyahısında adı olan gənclər hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. 
 
Bildirilib ki, bu məqsədlə Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb. 
 
Təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edilir. Yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş "Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi ("Times Higher Education (THE) World University Rankings” və ya "Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər", - məlumatda deyilir. 

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz öz sosial hesabında bu addımı çox faydalı bir qərar adlandırıb. 
 
"Çox faydalı və əhəmiyyətli bir addımdır. Bununla da təhsili yeni başa vuran İT mütəxəssislər həm öz bilik və bacarıqlarını təkmilləşdirərək faydalı təcrübə qazanacaq, həm də Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəklər", - Osman Gündüz qeyd edib. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür