Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, Təzəkənd kənd sakini, 66 yaşlı Bəxtiyar Mirzəmməd oğlu Rəhmanov mübahisə nəticəsində aldığı zərbədən vəfat edib.
Mübahisəyə səbəb Bəfadar, Pərvin, Elnur, Telman və İlham adlı şəxslərin mərhumun evinin qarşısındakı su kollektorunun üzərində yerləşən piyada körpüsünü dağıtmaq istəmələri olub. Həmin şəxslər mal-qaranın körpüdən keçərək, onların ərazilərinə girməsinin qarşısını almaq üçün belə bir addıma əl atıblar.
Mərhumun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Şöbəsinə təhvil verilib. Faktla bağlı şübhəli bilinən 3 qardaşın saxlanıldığı bildirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !