67 yaşlı Şamaxı sakininin gördüyü işlər eşidənləri heyran edir.
Anews.az "ARB TV"-yə istinadən xəbər verir ki, uzun illər müəllim işləmiş Qüreyş Məmmədova kişilərin belə çətinliklə öhdəsindən gəldiyi işləri bacarır. Şamaxının ilk qadın sürücüsü sayılır.
Qüreys Məmmədova – sürücü: "Şamaxıda hamı mənə birtəhər baxırdı. Çünki ilk qadın sürücü idim. Özümü itirirdim. Təəccüblə baxırdılar. Bakının özündə də avtomobil sürən qadın az idi”.
Əvvəllər valideynləri onun sürücülük etməsinin əleyhinə olsa da, dərs dediyi məktəbin uzaq olması onları da yola gətirib. Həm də qızlarının uşaqlıqdan sürücülüyə maraq göstərdiklərini bildikləri üçün ona "VAZ 21-01” markalı avtomobil alıblar.
Adilə Dəmirova – rəfiqəsi: "Biz kukla ilə oynayanda o avtomobillərlə oynayırdı. Plastilindən adam düzəldib içinə qoyurdu”.
Daha sonra avtomobilini "VAZ 21 011”, "06”, "07”-ə dəyişərək, 67 yaşında gəlib çatıb "Niva”ya. İndi avtomobilindən çox razıdır. Çünki sürücülük edərək avtomobil mütəxəssisi olub.
Oturduğu evi belə özü tikən 67 yaşlı Qüreyş nənə, nəvəli-nəticəli, xoşbəxt ömür sürür. Onu ən çox xoşbəxt edən isə avtomobilidir. Onunla keçən zamanın sürətinə ayaq uydurmağa çalışır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !