69 filmə qadağa qoyuldu

21:40 | 05.11.2014
69 filmə qadağa qoyuldu

69 filmə qadağa qoyuldu

Ukrayna rəsmiləri məşhur rus aktyoru Poreçenkovun iştirak etdiyi 69 filmin ölkədə yayımlanmasına qadağa qoyub.

Ukrayna məhkəməsi bu barədə Poreçenkova xəbərdarlıq edib. Qadağan olunanlar sırasında “Banditlərin Peterburqu. Baron”, “Sınmış küçə işıqları”, “Milli siyasətin özəllikləri”, “Doqquzuncu rota”, “Dağıdıcı güc”, “Məsləhət” kimi məşhur serialların da adı çəkilir.

RİA Novosti Dövlət Agentliyi müəmmalı olan bu məsələ ilə əlaqədar məlumat verib. Qeyd edək ki, Ukrayna Mədəniyyət Nazirliyinin, Təhlükəsizlik Xidmətinin, eləcə də, Milli Kinematoqrafçılar İttifaqının tələbinə cavab olaraq, 3 noyabr 2014-cü il tarixində sözügedən agentliyin rəhbəri Filip İlliyenko öz “facebook” səhifəsində bu məsələ ilə bağlı status paylaşıb.İlliyenko həmin qadağa haqqında statusunda yazır: “Bu ilin noyabrında Kinematoqrafiya üzrə Dövlət Komitəsində ekspertlərin iclası zamanı aktyor, rejissor və prodüser Mixayıl Poreçenkovun iştirak etdiyi 69 filmə Ukraynada qadağa qoyulub. Kino İttifaqı həmçinin “Bəyaz qvardiya” və “Spesnaz” kimi filmlərin də efirlərdə yayımını məhdudlaşdırıb”.Ukrayna Milli Televiziya və Radio Yayımları Şurası bildirib ki, Poreçenko və Rusiyanın digər incəsənət nümayəndələrinin ölkədə təbliği qəbuledilməzdir. Belə ki, bu hal Ukrayna dövlətinin müstəqilliyinə, eləcə də, vətəndaşların ləyaqətinə hörmətsizlik hesab oluna bilər.Tanınmış aktyor ötən həftə baş rolda oynadığı “Poddubniy” filminin təqdimatı ilə bağlı Donetsk Xalq Respublikasında olub. Belə ehtimal olunur ki, təqdimat mərasiminə aktyor silahlı heyətlə gəlib. Növbəti gün isə bu məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi və Ukrayna Təhlükəsizlik Xidməti Poreçenkova qarşı cinayət işi açıb.Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri Arsen Avakovun sözlərinə görə, cinayət xarakteri daşıyan bu məsələ rəsmi Donetski narahat edib. Bunun nəticəsi olaraq aktyorun məhkəməyə müraciət etməsi və həbs əmri ilə əlaqədar istintaqa cəlb olunması məsələsi gündəmdədir. Qarşı tərəf isə bu barədə heç bir açıqlama bildirməyib.Məlumat üçün qeyd edək ki, teatr və kino aktyoru, rejissor və prodüser Mixayıl Poreçenkov 2 mart 1969-cu ildə Leninqradda anadan olub. 1994-cü ildə məşhur “Sevgi çarxı” filmində, 1998-ci ildən 2004-cü ilə qədər yayımlanan “Milli təhlükəsizlik agenti” serialında baş rolda çıxış edib. Bundan əlavə, fasilələrlə müxtəlif film və seriallarda baş rolların ifaçısı kimi tanınır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM