7 mindən çox döyüşçü İŞİD-ə qarşı mübarizəyə qalxdı

15:06 | 12.11.2015
7 mindən çox döyüşçü İŞİD-ə qarşı mübarizəyə qalxdı

7 mindən çox döyüşçü İŞİD-ə qarşı mübarizəyə qalxdı

İraqın şimalında yaşayan kürdlər İŞİD -ə qarşı böyük üsyana başlayıblar. Onlar terror qruplaşmasının mövqelərinə ağır silahlarla hücum edirlər. 

ANS PRESS-in məlumatına görə, hücumun əsas məqsədi İraqın şimalında yerləşən Səncər şəhəri üzərində nəzarəti bərpa etməkdir. 

Kürd komandanlığının məlumatına görə, hücum ABŞ-ın başçılıq etdiyi koalisiyanın aviazərbələrinin dəstəyi ilə təşkil edilib. Döyüşlərdə 7 mindən çox döyüşçü iştirak edir.

Səncər 2014-cü ilin avqustunda İŞİD silahlıları tərəfindən ələ keçirilib. Həmin vaxtdan bəri 10 mindən çox yezidi kürd şəhərdən qaçıb. Şəhər sakinlərinin əksəriyyəti yolda terrorçular tərəfindən öldürülüb. 

Bu şəhər Suriyanın Rakka və İraqın Mosul şəhərlərindən sonra İŞİD-in əsas strateji mərkəzlərindəndir. 

Kürdlər şəhəri bir neçə dəfə azad etməyə çalışsalar da, hücumlar hər dəfə uğursuzluqla nəticələnib. Bundan əvvəl yayılan məlumatlarda bildirilirdi ki, kürdlər Səncər şəhərinin azad olunması üçün küçə - küçə vuruşurlar. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM