Dünən Ağstafada baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.Anews.az "Qafqazinfo"ya istinadan xəbər verir ki, rayonun Sadıqlı kəndində Musayevər və Süleymanovlar arasındatorpaq üstündə davam edən münaqişədə güllələnən iki nəfərin qisasını almaq üçün Sadıqlı kənd sakini 25 yaşlı Elnur Süleymanov "Kalaşnikov" markalı avtomatla Böyük kəsik kəndinə gələrək Şərqiyyə Musayevaya onun övladları - məhkumluk həyatı yaşamış Şəmiddin Musayev və Novruz Musayevə ard-arda atəş açaraq qətlə yetirib. Bu zaman ətrafdakı satıcı Ağgöl kənd sakini Zeynəb Cəlilovada güllə yarası alıb. O da aldığı güllə yarasındanca dünyasını dəyişib.
Cinayət törədən Elnur Süleymanov polisə könüllü təslim olub.Onun istifadə etdiyi silah isə maddi sübut kimi götürülüb.
"XəzərXəbər"in hadisə yerindən hazırladığı süjeti təqdim edirik:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !