Şimali və Cənubi Koreya təxminən 70 il bundan əvvəl ayrı düşən ailələrin görüşməsi üçün razılığa gəlib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Cənubi Koreyanın Birləşdirmə Nazirliyi Seul və Pxenyandakı Qızıl Xaç nümayəndələri iki ölkə sərhədində görüşüb və 20-26 oktyabrda ailələrinin bir araya gətirilməsi üçün hazırlıq işləri görülüb.
Yarımadanın şimal və cənubundan olan 100 ailə Şimalı Koreyanın Kimqanq Dağı bölgəsində görüşəcək. Ailələr 2014-cü ilin fevral ayında da eyni bölgədə bir araya gəlmişdilər.
Hər iki ölkənin təmsilçiləri hə ailələrin görüşməsi və iki dövlət arasında münasibətlərin inkişaf etdirilməsi üçün görüşlərini davam etdirəcəklər.
Yaxınları ilə bir araya gəlmək üçün qeydiyyata düşən ailələrin bəziləri əvvəlki görüş ərəfəsi prosesin ləğv edilməsindən həyəcan keçirdiklərini dilə gətiriblər.
1950-1953-cü illərdə baş verən müharibə səbəbilə bir-birindən ayrı qalan 66 min adam qeydiyyata düşüb və onların əksəriyyətinin yaş həddi 70-dən yuxarıdır.
İlk belə bir görüş 2000-ci ildə gerçəkləşmişdi. İndiyə qədər təxminən 20 min adam əzizləri ilə görüşə bilmişdilər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !