Modern.az xəbər verir ki, budəfəki imtahanda yalnız III ixtisas qrupu üzrə 2 abituriyent maksimum nəticə göstərərək 700 bal toplayıb.
Bunlar Bakı şəhəri, Nəsimi rayonu Rövşən Nəsirov adına 111 saylı orta məktəbin məzunu İlhamə Hüseynova və Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunu Pərvin Əhmədovadır.
Rekordçulardan biri Pərvin Əhmədova təəssüratlarını Modern.az-la bölüşüb. O, hüquqşünas olmaq istədiyini bildirib: "Ya Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, ya ADA universitetinin Dövlət və ictimai münasibətlər fakültəsini seçəcəyəm. İlk imtahanda 657 bal toplamışdım. Testlərin cavabı doğru idi, sadəcə kodlaşdırmada səhv etmişdim. Bu dəfəki imtahanda özümə söz verdim ki, kodlaşdırmada səhv etməyəcəm. Ətrafdakıların, yaxınlarımın, müəllimlərimin mənə olan güvəni bu nəticələrə təsir etdi”.
Digər rekordçu orta məktəbi qızıl medalla bitirən İlhamə Hüseynova ilk imtahanda 685 bal topladığını deyib:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !