700 il sonra tapılan tarixi sənəd

23:59 | 11.02.2015
700 il sonra tapılan tarixi sənəd

700 il sonra tapılan tarixi sənəd

İngiltərədə bir bələdiyyənin arxivindəki dəftərlərin arasında 700 illik orijinal Magna Carta sənədinin surəti tapılıb.

ANN.Az milliyet.com.tr-yə istinadən xəbər verir ki, Magna Carta layihəsində araşdırmaçı olan Sophie Ambler bildirib ki, sənəd Magna Carta'nın 13-cü əsrdəki 24-cü surətidir.

Təxminən 50 santimetr uzunluğundakı sənədin üçdə birinin yarımçıq olduğunu deyən Ambler qeyd edib ki, sənəd islandığı üçün zərər görüb və üzərindəki krala aid olan möhür yoxdur, ancaq sənədin nəşr olunma tarixi oxuna biləcək səviyyədədir.

Tarixçilər yeni tapılan sənədin İngiltərə Kralı Johnun ilk Magna Carta-sının imzalamasından 85 il sonra yəni Kral Johnun nəvəsi olan İngiltərə Kralı Birinci Edward-ın dövründə çap ediliyini bildirirlər.

Konstitusiyanın ən əhəmiyyətli sənədi


1215-ci ildə İngiltərə kralı John tərəfindən imzalanan Magna Carta ilə Birləşmiş Krallıqda ilk dəfə kralın səlahiyyətləri məhdudlaşaraq, xalqa əsas hüquq və azadlıqlar verilmişdi.

Magna Carta, hal-hazırda konstitusiya nizamının əmələ gəlməsi prosesində ən əhəmiyyətli sənədlərdən biri olaraq qəbul edilir və bu il Magna Carta'nın 800-cü ili qeyd olunur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM