71 yaşlı məşqçi koronavirusa qalib gəldi

18:30 | 04.04.2020
71 yaşlı məşqçi koronavirusa qalib gəldi

71 yaşlı məşqçi koronavirusa qalib gəldi

Polşanın qılıncoynatma üzrə baş məşqçisi Stanislav Şimanski koronavirusa qalib gəlib.
Oxu.Az xəbər verir ki, avqustda 72 yaşını qeyd edəcək polşalı məşqçi Qdanskda müalicə olunduğu hərbi-dəniz hospitalından evə buraxılıb.

Qeyd edək ki, Stanislav Şimanski və komandası ABŞ-ın Anahaym şəhərində keçirilməli olan Olimpiya təsnifat turniri üçün martın 10-da okeanın o biri tayına yola düşmüşdü. Lakin iki gün sonra Polşa İdman Nazirliyinin sərhədlərin bağlanacağı barədə xəbərdarlığını aldıqdan sonra komanda geri qayıtmışdı.
Martın 16-da Şimanski qızdırma və təngnəfəslik simptomları ilə üzləşmiş, martın 21-də onun verdiyi koronavirus testinin nəticəsi müsbət çıxmışdı. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb